Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında büdcə xərcləri 203 milyon manat təşkil edib.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 milyon manat və yaxud 6,85 % çoxdur.