AZ

SEPAH: 12 günlük müharibədə İsraili yox edə bilərdik

BAKI, 28 iyul. TELEQRAF

“Əməliyyatlarımız eyni intensivliklə davam etsəydi, bu gün sionist rejimdən (İsraili nəzərdə tutur – red.) əsər-əlamət qalmayacaqdı”.

Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü briqada generalı Əli Məhəmməd Naini deyib.

İsrailin ölkəsinə yönəlik son təhdidlərinə toxunan general iddia edib ki, bu cür bəyanatlar daha çox psixoloji əməliyyatlara yönəlib.

“İran İslam Respublikasının silahlı qüvvələri öz müdafiə hazırlıqlarına bir an belə laqeyd yanaşmır”, - Naini əlavə edib.

SEPAH rəsmisinin iddiasına görə, son 12 günlük müharibədə İranın raket əməliyyatları eyni intensivliklə davam etsəydi, bu gün İsraildən heç nə qalmayacaqdı.

Seçilən
27
teleqraf.com

1Mənbələr