Portuqaliya millisinin və “Real”ın sabiq çalışdırıcısı Karluş Keyruşun yeni iş yeri müəyyənləşib.
Msport.az xəbər verir ki, o, Oman millisinin baş məşqçisi təyin olunub.
72 yaşlı mütəxəssis Oman Futbol Federasiyası ilə 1 illik müqavilə imzalayıb. Oman millisi DÇ-2026-nın seçmə mərhələsində Qətər və BƏƏ ilə eyni qrupda çıxış edəcək. Qrupun qalibi birbaşa dünya çempionatının final turnirinə yollanacaq, 2-ci yeri tutan komanda isə pley-off oynayacaq.
Qeyd edək ki, Keyruşun son iş yeri Qətər millisi olub. O, əvvəllər İran, Misir, Kolumbiya, Cənubi Afrika və BƏƏ yığmalarını da çalışdırıb.