ABŞ-da Southwest Airlines şirkətinə məxsus təyyarə az qala Hawker Hunter qırıcı-bombardmançı təyyarəsi ilə toqquşacaqdı.
Herbiand.az bildirir ki, bu barədə ABC7 xəbər verir.
Hadisə iyulun 25-də Berbankdan Las-Veqasa uçan təyyarə ilə baş verdiyi bildirilir. Təyyarə havaya qalxdıqdan təxminən 6 dəqiqə sonra toqquşmanın qarşısını almaq üçün kəskin şəkildə 475 fut (təxminən 144 metr) aşağı düşüb.
Pilot sərnişinlərə toqquşma barədə xəbərdarlıq sisteminin işə salındığını bildirib.
Aviaşirkətin nümayəndələri vəziyyətin aydınlaşdırılması üçün ABŞ Federal Aviasiya Administrasiyası ilə əməkdaşlıq etdiklərini bildiriblər. Sərnişinlərdən heç kim xəsarət almayıb, iki stüardessaya isə tibbi yardım lazım olub.
Bəxtiyar CƏFƏRLİ