AZ

“Gürcü Arzusu”: Tbilisi merliyinə başqa namizədimiz ola bilər

TBİLİSİ, 28 iyul. TELEQRAF

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Tbilisi meri vəzifəsinə başqa namizəd irəli sürə bilər.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə partiyanın üzvü, deputat Levan Maxaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tbilisinin hazırkı meri Kaxa Kaladze bu vəzifəyə bir daha namizəd kimi irəli sürülməsinə marağını ifadə edib:

“Lakin Tbilisi meri vəzifəsinə başqa namizədin irəli sürülməsi ehtimalı var. Bu barədə çox güman ki, bu həftə məlum olacaq. Namizədimizin rəsmən irəli sürülməsi üçün lazımı prosudurlar həyata keçirilməlidir. Gəlin, bir neçə gün bu prosesləri gözləyək və ictimaiyyət nəhayət namizədimizin kim olacağını görəcək”.

Qeyd edək ki, K.Kaladze Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci, ikinci dəfə isə 2021-ci ildə seçilib. Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər bu ilin oktyabrın 4-nə təyin edilib.

Seçilən
34
teleqraf.com

1Mənbələr