AZ

Kreml azərbaycanlı iş adamları ilə bağlı hərəkətə keçdi

  Son günlər azərbaycanlı iş adamları, xüsusilə maddi imkanları geniş olan şəxslərin Rusiyanı kütləvi şəkildə tərk etməsi istiqamətində yayılan

xəbərlər müzakirə obyekti olub. İddialara görə, artıq azərbaycanlı iş adamlarının siyahısı da hazırlanıb və onların ofislərinə ardıcıllıqla basqın

ediləcək.

Bu proses necə irəliləyə bilər? Rusiyada sıxışdırılan azərbaycanlı oliqarxlar hara üz tutacaqlar?

Referans xəbər verir ki,Globalinfo.az-a danışan REAL partiyasının sədri Natiq Cəfərli deyib ki, həmin şəxslər yalnız Rusiya yox, digər ölkələrin də

vətəndaşlığına sahibdirlər:

“Əksəriyyəti əsasən Rusiya vətəndaşıdır. Lakin Kremlin iş adamlarına qarşı ögey münasibəti ölkə sisteminin nə qədər qeyri-obyektiv olduğunu

göstərir. Rəsmi Moskva etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına eyni məsafədə davranmalıdır. Görünən odur ki, bu

yanaşmanı qorumağa maraqları yoxdur. Hazırda Rusiyada yaşayıb maddi imkanı çox yüksək olan şəxslərin bir neçə pasportu var. Onlar arasında

bəzi Avropa ölkələri, o cümlədən ABŞ vətəndaşlığı olanlar da mövcuddur. Lakin sanksiyalar səbəbindən bu şəxslərin qeyd edilən yerlərə köçməsi

asan deyil”

Seçilən
39
referans.az

1Mənbələr