AZ

Cinayət törədəndə yetkinlik yaşına çatmamış şəxsə 10 il cəza verildi

BAKI, 28 iyul. TELEQRAF

Bakıda mübahisə etdiyi şəxslərdən birini qətlə yetirməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Həsən Kazımov bildirib ki, onu öldürmək istəmirmiş, əməlindən peşmandır.

Hökmə əsasən, Həsən Kazımov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətllə bağlı şübhəli şəxs qismində 2007-ci il təvəllüdlü Həsən Kazımov barəsində həbs qətimkan tədbiri seçilərkən, o, yetkinlik yaşına çatmadığına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün nəzərdə tutulmuş Penitensiar Müəssisəsində saxlanılıb.

İttihamda bildirilib ki, Həsən Kazimov 16 noyabr 2024-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən kafeyə daxil olmaq istəyərkən, kafenin qarşısında dayanmış Ümid Hikmət oğlu Soltanov, Adil İsmayılov və digərlərinə öz aralarında nalayiq ifadələr işlətməklə yüksək səslə danışmaqlarına iradını bildirib.

Bu zaman Adil İsmayılovla aralarında mübahisə yaranıb və əlbəyaxa olublar. Bundan sonra hadisə yerində olan Ümid Soltanovla da mübahisə edərək əlbəyaxa olublar.

İstintaq zamanı o da müəyyən edilib ki, Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən çoxlu qan itirən Ümid Soltanov həyatını itirir.

Həsən Kazımov ona elan edilmiş ittihama görə özünü qismən təqsirli bilərək, baş verən hadisəni 8 nəfərin onunla mübahisə edərək əlbəyaxa olması zamanı baş verdiyini deyib.

Baş verən hadisə ilə bağlı Həsən Kazımov şübhəli şəxs qismində saxlanılaraq barəsində cinayət məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə yanaşı digər maddələrlə də ittiham irəli sürülüb.

Seçilən
40
8
teleqraf.com

10Mənbələr