Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 29,5 min ton şəkərixrac edilib.
Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulunixracından 21 milyon ABŞ dolları gəlir əldə olunub.
Şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 11,8 min ton və ya 66,7%, dəyər ifadəsi ilə 7,4 milyon ABŞdolları, yaxud da 54,4% artıb.
Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 17,7min ton miqdarında, 13,6 milyon ABŞ dolları dəyərində şəkər ixracedilmişdi.
Şəkər ixracı cari ilin ilk altı ayı üzrə ümumi ixracın0,16%-ini, qeyri-neft sektoru üzrə ixracın 1,2%-ini təşkiledib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanxarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3dəfə azdır.