İtaliya Senatı qadın qətllərinə qarşı hazırlanan sərt cəza qanununu ilk dəfə təsdiqləyib.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Giorgia Meloninin hökumətinin təqdim etdiyi və qadının məhz cinsinə görə qətlə yetirilməsi halında ömürlük həbs cəzasını nəzərdə tutan layihə parlamentin yuxarı palatasında yekdilliklə qəbul olunub. Qanunun qüvvəyə minməsi üçün növbəti mərhələdə Nümayəndələr Palatasının da təsdiqi tələb olunur.Qeyd edək ki, ötən il İtaliyada 113 qadın qətlə yetirilib.