AZ

ABŞ Qəzzaya 60 milyon dollarlıq ərzaq yardımı göndərib

Bakı, TurkicWorld

ABŞ Qəzzaya 60 milyon dollarlıq ərzaq yardımı göndərib.

TurkicWorld xəbər verir ki, bu sözləri Donald Tramp Şotlandiyaya səfəri zamanı Qəzza ilə bağlı mətbuatın suallarını cavablandırarkən qeyd edib.

ABŞ prezidenti Tramp Qəzzada israilli məhbuslarla bağlı məsələyə toxunub. İsrailli ailələrin ölən məhbusların cəsədlərinin qaytarılmasını gözlədiyi bir vaxtda bəzi ailələrlə görüşdüyünü və onları dinlədiyini bildirib.

"Bilirsiniz, ötən gün İsrail və Həmas adi görüş keçirdilər və birdən-birə zorakılığa keçdilər. HƏMAS məhbusları geri vermək istəmirlər və buna görə də İsrail qərar verməli olacaq."- deyə Tramp qeyd edib

Tramp ABŞ-ın iki həftə əvvəl Qəzzaya 60 milyon dollarlıq ərzaq yardımı verdiyini bildirib.

Eyni zamanda Tramp Qəzzadakı uşaqların aclıq çəkdiyi görüntüləri dəhşətli adlandıraraq, bölgədə hər şeyin qarışıqlıq və bərbad vəziyyətdə olduğunu bildirib.

Qeyd edək ki, Donald Tramp Şotlandiyaya səfəri zamanı Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşüb, ticarət əlaqələrini müzakirə edib

Seçilən
34
50
turkic.world

10Mənbələr