AZ

Mərkəzi Bank emissiya prospektləri ilə bağlı təlimatları təqdim edib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar” (Qaydalar) çərçivəsində emitent və sənəd növləri nəzərə alınmaqla prospekt sənədlərinin şablon formalarını hazırlayıb.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. Qeyd edilib ki, yeni şablonların əsas məqsədi sənədlərin tərtibi zamanı tez-tez rast gəlinən nöqsanların qarşısını almaq, prosesi emitentlər və anderrayterlər üçün daha asan və səmərəli etməkdir. Şablonlarda aidiyyəti bölmələr üzrə izahlar və açıqlayıcı qeydlər də yer alıb. Əsas diqqət praktikada daha çox sual doğuran və səhvlərin tez-tez baş verdiyi hissələrə yönəlib.

Bundan əlavə, kapital bazarında fəaliyyət göstərən və lisenziyalaşdırılan şəxslərlə bağlı tənzimləyici çərçivənin daha yaxşı başa düşülməsi məqsədilə Mərkəzi Bank tərəfindən lisenziya prosedurlarına dair təlimatlar hazırlanıb. Təlimatlarda lisenziyalaşdırma mərhələləri, tələb olunan sənədlər və məlumatlar, baxılma müddətləri və ləğv səbəbləri ətraflı şəkildə izah olunub.

Mərkəzi Bank əlavə edib ki, gələcəkdə də qiymətli kağızlar bazarının iştirakçılarına dəstək məqsədilə bu kimi təşəbbüsləri davam etdirməsi planlaşdırılır.

Seçilən
28
apa.az

1Mənbələr