AZ

KİV: Trampın xanımı öz vəzifələrinə laqeyd yanaşır

BAKI, 28 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya onu nadir hallarda ictimai tədbirlərdə müşayiət edir.

Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın “El Periodico” qəzeti anonim mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Melaniya iyulun 4-də Müstəqillik Günü ilə əlaqədar proqrama qatıldıqdan sonra heç bir rəsmi tədbirlərdə görünməyib. Mənbələr bildirirlər ki, ABŞ-nin birinci xanımı əsasən Floridadakı Mar-a-Laqo iqamətgahı və ya Nyu-Yorkdakı mənzillərində olur.

“El Periodico”nun məlumatına görə, Melaniya Tramp ötən il ərzində yalnız 14 dəfə rəsmi səlahiyyətləri daxilində tədbirlərə qatılıb. Ekspertlər bunu prezidentin xanımının öz vəzifələrinə laqeyd yanaşması ilə əlaqələndirirlər.

Seçilən
69
25
teleqraf.com

10Mənbələr