2025-ci il 1 iyul tarixinə hüquqi şəxslərin banklardakı depozitlərinin ümumi həcmi 22,3 mlrd manata çatıb ki, bu da ilin əvvəlindən 4.7% azalma deməkdir.
Banker.az xəbər verir ki, siyahıya 6.4 mlrd manatla Kapital Bank liderlik edir, onu ABB (6.27 mlrd manat) və PAŞA Bank (4.94 mlrd manat) izləyir. Ən yüksək artım Bank VTB Azərbaycan-da müşahidə olunub – 51.9%.