AZ

"Turan Tovuz" "Traktor"un əvəzinə bu klubla qarşılaşacaq

BAKI. 28 iyul. TELEQRAF

"Turan Tovuz" Türkiyə təlim-məşq toplanışında ikinci yoxlama oyununu iyulun 29-da keçirəcək.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, rəqib qardaş ölkənin I Liqa təmsilçisi “Keçiörengücü” olacaq.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl iyulun 29-da Cənubi Azərbaycanın "Traktor"komandası ilə qarşılaşacağını açıqlamışdı. Sonradan həmin görüş təşkilati və klubdan asılı olmayan səbəblərdən ləğv olunub.

Seçilən
26
2
teleqraf.com

2Mənbələr