ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Mərhum müğənni Volkan Konakın həyat yoldaşı Selma Konak paylaşımı ilə hamını təsirləndirib.
BAKU.WS xəbər verir ki, Selma hər gecə yuxusunda sənətçi həyat yoldaşını gördüyün deyib:
"Hər gecə yuxumda görürəm. Sabah oyananda, axşam yatanda ağlayıram. Bir çox insan məni qınaya bilər. Amma mən Volkanı uşaqlarımdan belə öndə tuturdum. Canım çox ağrıyır. Volkansız yaşaya bilmirəm".
Xatırladaq ki, Volkan Konak 58 yaşında vəfat edib. O bu ilin martında dünaysını dəyişib. Sənətçinin Şimali Kipr Türk Respublikasında konsert zamanı səhhəti qəfil pisləşib.
Mağusa dövlət xəstəxanasına çatdırılan Volkan Konakın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.