AZ

Xocalının Ballıca kəndinə daha 62 nəfər qayıdıb: açarlar təqdim edilib (FOTO)

Xocalı.Trend:

Böyük Qayıdış proqramı çərçivəsində iyulun 28-də Xocalırayonunun Ballıca kəndinə növbəti köç oldu.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bumərhələdə Ballıca kəndinə 62 nəfərdən ibarət 17 ailə köçürüldü.

Onlar uzun illər respublikanın müxtəlif bölgələrində, əsasənyataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışkeçmiş məcburi köçkünlərdir. Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğmayurdlarına qayıtmaları münasibətilə təbrik edib və onlara fərdiyaşayış evlərinin açarlarını təqdim edib.

Təqdimetmə mərasimindəki çıxışı zamanı S.Qəhrəmanov bildirib ki,bu yalnız bir evin açarı deyil, illərdir həsrətini çəkdiyiniz doğmayurda dönüşün, əziz xatirələrin və gələcək nəsillərin sabityaşayışının rəmzidir. “Böyük Qayıdış” proqramı çərçivəsində bu günXocalının kəndlərinə həyat yenidən qayıdır. Ballıca kəndi də özsakinlərinə qucaq açır. Burada sizlər üçün hər bir şərait yaradılıb– su, qaz, elektrik, rabitə xətti çəkilib, məktəb, tibb məntəqəsivə digər zəruri infrastruktur artıq fəaliyyət göstərir.

Qeyd edək ki, indiyədək Xocalının Ballıca kəndində 180 ailə- 840nəfər məskunlaşıb. Ümumilkdə bugünkü köç də daxil olmaqla, 902nəfərdən ibarət 197 ailə kəndə qayıdıb. Xocalı şəhəri, Ballıca,Təzəbinə və Xanyurdu kəndlərində hazırda 1433 nəfərdən ibarət 327ailə yaşayır.

Xocalının
Xocalının
Xocalının
Xocalının
Xocalının
Xocalının
Məqalədə:
Seçilən
28
8
az.trend.az

9Mənbələr