İspaniyanın “Elçe” klubunun hücumameyilli yarımmüdafiəçisi Nikolas Fernandes bundan sonra “Nyu York Siti”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə ABŞ klubunun rəsmi saytına istinadən xəbər verir.
MLS təmsilçisi bu transfer üçün “Elçe”yə 8 milyon avro ödəyib. Argentinalı 25 yaşlı futbolçu yeni klubu ilə 4,5 illik (2029-cu ilin sonunadək) müqavilə bağlayıb.
Nikolas Fernandes Argentinanın “San Lorenso” klubunun yetirməsidir. O, “Elçe”yə 2022-ci ildə 4 milyon avro müqabilində keçmişdi. Argentinalı yarımmüdafiəçi İspaniya klubunun heyətində 97 oyuna çıxıb, 11 qol və 12 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.
