AZ

Sovet ehtiyatı tükəndi - Rusiya Kim Çenin göndərdiyi silahlara keçdi

Hurriyyet.az xəbər verir ki, "Financial Times " nəşri Kiyev İqtisadi Mərkəzinin təhlillərinə istinadla Rusiyanın Şimali Koreyadan silah tədarükündən getdikcə daha çox istifadə etdiyini yazıb. Mərkəzin məlumatına görə, hərbi anbarlardan cəbhəyə yüklərin həcmi getdikcə azalır. 2022-ci ildəki 242 min tonda 2025-ci ildə proqnozlaşdırılan 119 min tona qədər azalıb.

2024-cü ildə "partlayıcı maddələr" kimi qeyd edilmiş bütün yüklərdən 53 faizə qədəri Naxodka limanından danışınıb - bu liman Şimali Koreya ilə əlaqə vasitəsidir.

Kiyev İqtisadi Mərkəzinin analitiki Pavel Şkurenko bunu köhnə sovet cəbbəxanasının tükənməsi ilə əlaqələndirib.

Vyanadan olan ekspert Frants-Stefan Qadi isə söhbətin tükənməkdən yox, taktikanın dəyişməsindən və yeni ehtiyatlara yönəlməkdən getdiyini bildirib.

Hürr Tərcüman

Seçilən
16
1
hurriyyet.az

2Mənbələr