AZ

"Peşə təhsili əmək bazarına uyğunlaşdırılmalıdır" – QHT sədri

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova peşə təhsilinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı QHT.az-a açıqlama verib.

O bildirib ki, peşə təhsili əmək bazarının tələblərinə uyğun olaraq müxtəlif proqramlarla mütəxəssis hazırlığını həyata keçirən əsas mexanizmdir:

"Texniki və peşə təhsili, gəncləri müəyyən peşə sahələrinə hazırlamaqla onları əmək bazarının tələblərinə uyğun kadrlar kimi yetişdirir. Müasir iqtisadiyyatda texniki və peşə təhsili (TPT) dayanıqlı inkişafın əsas sütunlarından biridir. Ölkəmizdə peşə təhsilinə maraq günü- gündən artır. İxtisaslı kadrların hazırlanmasına böyük ehtiyac var. O cümlədən, texniki və peşə təhsil proqramları, mütəmadi olaraq bazar tələblərinə uyğun yenilənməlidir".

Ekspertin fikrincə, ölkəmizdə bu sahəyə maraq artsa da, hələ də xeyli çatışmazlıqlar qalmaqdadır:

"Respublikamızda Peşə Təhsili üzrə Dövlət Agentliyinin son illərdə həyata keçirdiyi struktur və idarəetmə dəyişiklikləri, modul əsaslı tədris proqramlarına keçid və bir sıra işlərin görüldüyünə sübuddur. Lakin bu həyata kecirilən  tədbirlər peşə sisteminin əsaslı şəkildə dəyişilməsinə yetmir. Peşə təhsili müəssisələrinin infrastruktur imkanları, istehsalat təcrübəsi şəbəkəsi və işəgötürənlərlə əməkdaşlığı hələ də zəifdir. Çünki, peşə məktəblərində nəzəri təlim çoxluq təşkil edir, istehsalat təcrübəsi demək olar ki, kağız üzərindədir. Bunun əsas səbəbi müəssisə-təhsil əlaqəsinin sistemli şəkildə qurulmamasıdır". 

 

Pərvanə Fərhadqızı

Seçilən
22
qht.az

1Mənbələr