AZ

"CPM-İnvest" şirkətinin səhmdarlarının yığıncağı keçiriləcək

26 avqust  tarixində "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

Valyuta.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

Şirkətin 2025-ci il üzrə yarımillik maliyyə və idarəetmə hesabatlarının təsdiqi;

Müşahidə Şurasının Əsasnaməsinin yeni redaksiyada təsdiqi;

Nizamnamənin yeni redaksiyada qəbul və təsdiq olunması;

Təşkilati və idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi;

Yeni korporativ sənədlərin qəbulu, mövcud sənədlərdə dəyişikliklər və bu məsələlərə dair digər qərarlar;

Nizamnaməyə dəyişikliklə əlaqədar səlahiyyətli şəxsin və ya onun tərəfindən etibarnamə verilmiş nümayəndənin təyin olunması və müvafiq orqanlara müraciətlərin edilməsi.

Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Respublikası Mərkəzi Bankının apardığı tematik yoxlama nəticəsində “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi 10 min manat cərimələnmişdi. 

Mayya Hüseynova

Seçilən
23
valyuta.az

1Mənbələr