
Qətər ABŞ-a prezident təyyarəsi kimi istifadə olunmaq üçün Boeing 747-8 təyyarəsini təmannasız olaraq bağışlayacaq. Bu barədə CNN iki ölkənin müdafiə nazirləri arasında imzalanmış memorandumdan sitat gətirərək məlumat yayıb.Sənəd 7 iyul tarixində ABŞ müdafiə naziri Pit Hegset və onun qətərli həmkarı Səud bin Əbdürrəhman Əl Tani tərəfindən imzalanıb. Memorandumda bu addımın əməkdaşlıq ruhunda atıldığı və heç bir korrupsiya əlaməti daşımadığı xüsusi olaraq qeyd olunub.CNN və ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, təyyarənin Air Force One prezident laynerinə çevrilməsi 400 milyon dollardan az vəsaitə başa gələcək.Ulusum.az
Diqqət Çəkənlər
Rubio 2028-ci il üçün “ prezident namizədi”ni açıqladı
Bakıdakı möhtəşəm konsertə görə hərəkət məhdudlaşdırıldı
Qütb sirləri açılır: Əriyən buzların altından nəhəng balina qəbiristanlığı çıxdı