AZ

“Tesla” və “Samsung” çip tədarükü üçün $16.5 milyardlıq müqavilə imzalayıblar

Avtomobil istehsalçısının baş direktoru İlon Mask bildirib ki, “Tesla” “Samsung Electronics” ilə çip tədarükü üçün 16.5 milyard dollarlıq müqavilə imzalayıb. “Samsung-un yeni nəhəng Texas zavodu yeni nəsil Tesla AI6 çiplərini istehsal edəcək. Bu layihənin strateji əhəmiyyətini qiymətləndirmək çətindir”, – deyə Mask “X”də yazıb.

“Reuters” qeyd edir ki, sözügedən zavod çox güman ki, “Samsung”un Taylor zavodudur. Mask istehsal tarixini açıqlamayıb; o, daha əvvəl demişdi ki, yeni nəsil A15 çipləri 2026-cı ilin sonunda buraxılacaq.

Koreya birjasında “Samsung” səhmləri sövdələşmə xəbəri fonunda 6.83 faiz bahalaşıb ki, bu da keçən sentyabrdan bəri ən yüksək göstəricidir. “Samsung”un müştəriləri arasında “Tesla” və “Qualcomm”, TSMC-nin müştəriləri arasında isə “Apple” və “Nvidia” var.

“Reuters”in sorğusunda iştirak edən analitiklərin fikrincə, “Samsung” müqaviləli istehsalda bazar payı cəhətdən TSMC-dən geridə qalır. Şirkət iyulun 31-də mənfəəti barədə hesabat verməlidir və ikinci rübdə mənfəətin yarıdan çox azalacağını gözləyir.

CNBC analitikləri bildiriblər ki, şirkət yaddaş çiplərinin istehsalında rəqibləri “SK Hynix” və “Micron”dan geridədir.

Seçilən
18
banker.az

1Mənbələr