AZ

Sofi Lorenin oğlu Azərbaycanla qonşu ölkədə Məryəmlə evləndi

Əfsanəvi italyan kino aktrisası və müğənni Sofi Lorenin böyük oğlu, 56 yaşlı Karlo Ponti Gürcüstandan olan 36 yaşlı Məryəm Sarmanaşvili ilə evlənib.

Publika.az xəbər verir ki, təntənəli mərasim ölkənin ən qədim xristian kilsələrindən biri olan Samtavro Monastırında baş tutub.

Bildirilir ki, toya görə ziyarətgah 40 dəqiqə ziyarətçilər üçün bağlanıb.

Qeyd olunur ki, toy zamanı Karlo pravoslavlığı qəbul edib.

Bildirilir ki, Karlo və Məryəmin sevgi hekayəsi gözlənilmədən başlayıb. Maestro sosial şəbəkələrdə onun bir fotoşəkilinin altında "sən gözəlsən" romantik şərhini yazıb.

Seçilən
10
publika.az

1Mənbələr