AZ

Tovuz rayonunda 52 yaşlı kişi qətlə yetirilib

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tovuz rayonunda 52 yaşlı kişi qətlə yetirilib.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün rayonun Əyyublu kəndində baş verib. Kənd sakini, 1973-cu il təvəllüdlü Vasif Qurbanov küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. V.Qurbanov xəstəxanada dünyasını dəyişib.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elcan Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
oxu.az

1Mənbələr