AZ

Şervoni Mabatşoev “Kəpəz”ə lazım olmadı

2025/2026-cı illər mövsümünə hazırlığını davam etdirən “Kəpəz” tacikistanlı yarımmüdafiəçisi Şervoni Mabatşoev ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Şervoni Mabatşoev ötən mövsümün qış fasiləsində “Kəpəz”ə cəlb olunmuşdu. Yarımmüdafiəçi Gəncə klubunun heyətində bütövlükdə 17 oyuna çıxıb, 2 qola imza atıb.

Mabatşoev əvvəllər “İstiqlol” və ÇSKA (Düşənbə) klublarında da oynayıb. O, Tacikistan yığmasında 30 oyun keçirib, 7 qol vurub.

“Kəpəz” daha öncə Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov, Rauf Hüseynli və Nemət Musayevlə də yollarını ayırmışdı. Gedənlərin əvəzində Şakir Seyidov, Pedro Qomes, Adama Fofana, Məqsəd İsayev, Otar Aptsiauri və Katsper Rosa heyətə cəlb ediliblər. Mahamadu Ba, Paçu Lira və Ehtiram Şahverdiyevlə də yeni müqavilə imzalanıb.

Seçilən
73
arena.az

1Mənbələr