AZ

Fransa: Aİ-ABŞ ticarət razılaşması müvəqqəti sabitlik yaratsa da, balanssızdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransanın Xarici İşlər Nazirliyində Avropa məsələləri üzrə nümayəndə nazir Benjamin Haddad bildirib ki, Avropa Komissiyası ilə ABŞ arasında əldə olunmuş yeni ticarət razılaşması iqtisadi subyektlər üçün müvəqqəti sabitlik təmin edəcək, lakin bu razılaşma balanssızdır.

Nazir "X" sosial şəbəkəsində yazıb ki, razılaşma ABŞ-nin gömrük tariflərini artırmaq təhlükəsi ilə üzləşən Avropa iqtisadiyyatına qısamüddətli rahatlıq gətirəcək, lakin bu, yetərli deyil. O əlavə edib ki, ABŞ azad ticarətdən uzaqlaşaraq iqtisadi təzyiq və Ümumdünya Ticarət Təşkilatının qaydalarına məhəl qoymama siyasətini seçib.

Haddad vurğulayıb ki, Avropa İttifaqı ABŞ ilə ticarət münasibətlərində maraqlar balansını qorumaq uğrunda mübarizə aparmalıdır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə görüşdən sonra bildirib ki, ABŞ-yə daxil olan bütün Avropa mallarına 15% gömrük rüsumu tətbiq ediləcək, əvəzində Avropa İttifaqı Amerika məhsullarına tarif qoymayacaq. Əvvəllər Tramp administrasiyası Avropa İttifaqı məhsullarına 30% tarif tətbiq etməyi planlaşdırırdı. Tramp bu razılaşmanı "tarixdə ən böyük" adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr