AZ

Dollar UCUZLAŞDI – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Xəbər verdiyimiz kimi, ötən gün ABŞ-la və Aİ arasında ticarət sazişi imzalanıb.

Bu sazişə əsasən Avropa İttifaqından ABŞ-a ixrac edilən mallara 15 faizlik tarif rüsumları tətbiq ediləcək. Üstəlik, Aİ ABŞ-ın idxalına tariflər tətbiq etməyəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Mərkəzi Bank dolların məzənnəsi ilə bağlı MƏLUMAT YAYDI


İmzalanan sazişlə bağlı Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, saziş sabitlik gətirəcək və prosesləri proqnozlaşdırmağa imkan verəcək. Müqavilədə Aİ-nin ABŞ-dan 750 milyard dollar dəyərində enerji, habelə böyük miqdarda hərbi texnika alması və ABŞ-a təxminən 600 milyard dollar sərmayə qoyacağı da nəzərdə tutulub.

Onu da qeyd edək ki, bu ilin əvvəlində avro dollara nisbətdə mövqeyini möhkəmləndirir. Cari ilin əvvəlində 1 avro 1,2 dollar idisə, indi 1,17 dollara yüksəlib.

Halbuki keçən ilin sonlarına qədər bunun əksi baş verirdi. Yəni hələlik mövcud tendensiya avronun dollar qarşısında gücləndiyini göstərir.

Mövcud vəziyyətdə görəsən manatı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, mövcud durumda manat dollara nisbətdə mövqeyini həmişəki tək qoruyub saxlayacaq. Manatın avroya nisbətdə vəziyyəti isə Aİ valyutasının dollara nisbətdə məzənnəsindən asılı olacaq:

“Manat 2016-cı ildən ABŞ dollarına bağlılığını dəyişməyən məzənnə siyasətinə əsasən formalaşdırır. Həmin dövrdən 1 dollar 1,70 manat nisbətindədir. Avronun dollara qarşı məzənnəsi isə cari ilin fevral ayından başlayaraq möhkəmlənir. Yanvar-fevral aylarında 1 avro 1 dollar 2 sent idisə, hazırda 1 dollar 17 sentdir. Bu da dolların avroya nisbətdə kifayət qədər ucuzlaşdığını göstərir”.

Belə olan halda manat avro qarşısında dollar ucuzlaşdığı qədər ucuzlaşacaq:

“İmzalanan ticarət sazişindən sonra əksinə dollar avroya nisbətdə yenidən güclənəcəksə, manat da avroya görə müvafiq şəkildə bahalaşacaq. Lakin hələlik bunu müşahidə etmirik. Dollarla bağlı məzənnə isə olduğu kimi qalmaqda davam edəcək.
 

Çünki Mərkəzi Bank dollara nisbətdə inzibati sistemdən istifadə edərək məzənnəni olduğu kimi saxlayır. Digər valyutalara nisbətdə isə əksinə, üzən məzənnə rejimindən istifadə edir.


Yəni qazandığımız o olacaq ki, manat bu fonda avro qarşısında ucuzlaşacaq. Belədə isə Avropadan idxal etdiyimiz mal-məhsulların qiyməti də ona uyğun bahalaşacaq”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
29
bizim.media

1Mənbələr