AZ

Memarlıq ixtisası üzrə qabiliyyət imtahanında ümumilikdə 390 abituriyent/subbakalavr iştirak edəcək (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)2025/2026-cı tədris ili üzrə xüsusi qabiliyyət tələb edən Memarlıqixtisası üzrə qabiliyyət imtahanlarına start verilib.

Trend xəbərverir ki, dörd gün davam edəcək imtahanlar yalnız rəsm fənni üzrəkeçirilir.

Qabiliyyət imtahanı 10 ballıq şkala üzrə qiymətləndirilir.İmtahandan 6 və daha yuxarı bal toplayan abituriyentlər vəsubbakalavrlar məqbul qiymət almış hesab edilir və Memarlıqixtisası üzrə ixtisas seçimi mərhələsində müsabiqəyə qatılmaqhüququ əldə edirlər.

İmtahan prosesi Dövlət İmtahan Mərkəzinin (DİM) məsulnümayəndələrinin nəzarəti altında təşkil olunub.

İmtahanın başlanğıcında AzMİU-nun rektoru, memarlıq doktoru,professor Gülçöhrə Məmmədova abituriyentlərə və subbakalavrlarauğurlar arzulayıb, onlara faydalı tövsiyələrini çatdırıb. Dahasonra AzMİU-nun Təsviri İncəsənət kafedrasının müəllimləri imtahantapşırıqlarını izah edərək zalı tərk ediblər. İştirakçılaratapşırığın icrası üçün 4 saat vaxt verilib.

Qeyd edək ki, 1-ci ixtisas qrupu üzrə Memarlıq ixtisasına qəbulüçün qabiliyyət imtahanlarında iştirak etmək məqsədilə ümumilikdə390 nəfər abituriyent və subbakalavr Dövlət İmtahan Mərkəzininrəsmi saytında qeydiyyatdan keçib.

İmtahan nəticələrindən narazı qalan şəxslərin müraciətlərininobyektiv şəkildə araşdırılması üçün AzMİU-da ApellyasiyaKomissiyası yaradılıb. Şikayəti olanlar DİM-in elektron sistemiüzərindən qeydiyyatdan keçərək 1 avqust tarixində komissiyayamüraciət edə bilərlər.

Memarlıq
Memarlıq
Memarlıq
Memarlıq
Memarlıq
Memarlıq
Memarlıq
Memarlıq
Memarlıq
Memarlıq
Memarlıq
Memarlıq
Memarlıq
Memarlıq
Memarlıq
Seçilən
38
6
az.trend.az

7Mənbələr