“Paddlers Soft & Cream” nəm salfeti alan valideyn gözlənilməz sürprizlə qarşılaşıb.
Bakues.az-a daxil olan şikayətə görə, övladı üçün sözügedən nəm salfetdən alan valideyn gözlənilməz halla qarşılaşıb. Belə ki, qablaşdırmada nəm salfetlərin içində boz rəng yapışqan olub.
Bunu videogörüntüyə alan şikayətçi bildirib ki, nəm salfetin istehsalında bu cür laqeydlik heç də doğru yanaşma deyil. Bir halda ki, mövzu azyaşlı uşaqların səhhətinə aiddir.
Mövzuya aid videogörüntünü təqdim edirik:
https://bakues.az/public/uploads/2025/07/bakues_5b4dad1e334b878015921d4fd1c05b14_qjmgxit24r8h3z7cu5bl.mp4