ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Flowrestling" portalı ən güclü sərbəst güləş yığmalarını açıqlayıb, aktivində 65 xalı olan Azərbaycan millisi ilk beşlikdə qərarlaşıb.
Oxu.Az xəbər verir ki, siyahıya Rusiya başçılıq edir. İran ikinci, Yaponiya isə üçüncü yerdədir.
Azərbaycan millisini 38 xal qabaqlayan ABŞ seçməsi isə siyahının dördüncü pilləsindədir.
Qeyd edək ki, Azərbaycan ötən il Parisdə keçirilən Olimpiya Oyunlarında sərbəst güləşdə iki bürünc medal qazanmışdı.
1. Rusiya - 153 xal;
2. İran - 147 xal;
3. Yaponiya - 107 xal;
4. ABŞ - 103 xal;
5. Azərbaycan - 65 xal;
6. Albaniya - 55 xal;
7. Qazaxıstan - 53 xal;
8. Gürcüstan - 48 xal;
9. Qırğızıstan - 40 xal;
10. Bəhreyn - 37 xal.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.