Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov gündəlik mətbuat konfransındakı çıxışında Türkiyənin danışıqlar meydanı kimi "Ukraynada vəziyyətin nizamlanması üçün" danışıqlar aparan bütün tərəflərin xoşuna gəldiyini söyləyib.
Peskov deyib: "Türkiyə, şübhəsiz ki, danışıqlar prosesinin bütün iştirakçıları tərəfindən bəyənilir və biz (Rusiya – red.) Ankaraya və Türkiyə rəhbərliyinə vəziyyətin həlli yollarının tapılmasında göstərdikləri səylərə, danışıqlar üçün təmin etdiyi şərtlərə görə minnətdarıq".
Hürr Tərcüman