BAKI, 28 iyul. TELEQRAF
“İsrail gələcəkdə İranı yenidən sürpriz etməyə hazırlaşır”.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
“İran liderləri bizi təhdid etməyi dayandırmalıdır”, - nazir bildirib.
İ.Kats qeyd edib ki, İsrail 12 günlük müharibə zamanı İranın nüvə proqramına həlledici zərbə vurub.