Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Kənan İmirzalıoğlunun uzun aradan sonra "Abi" adlı seriala çəkilir.
Axşam.az-ın məlumatına görə, 7 ildən sonra seriala çəkilən aktyor hər bölüm üçün 4,5 milyon lirə (təxminən 189 min manata yaxın) alacaq. Bu da ay ərzində yayımlanacaq 4 bölüm üçün Kənanın 756 min manatdan çox qonorar alacağı deməkdir.
Çıxan xəbərlərin ardından 6 mövsümdür "Kuruluş Osman"da baş rolu ifa edən Burak Özçivitin hər bölüm üçün istədiyi 4 milyon lirə qonorarın verilməməsi və nəticədə ekran işindən ayrılması gündəmə gəlib.
Qeyd edək ki, Kənan son olaraq 2018-ci ildə "Mehmed: Bir Cihan Fatihi" serialında rol alıb. Aktyor 2019-2024-cü illərdə "Kim milyoner olmak ister?" proqramının aparıcısı olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.