AZ

Peşə təhsili alan gənclərə hərbi xidmətdən MÖHLƏT – Amma bir şərtlə!

Azərbaycanda peşə təhsili alan bəzi gənclər hərbi xidmətə çağırışdan möhlət hüququ əldə edirlər.

Bu güzəşt yalnız müəyyən şərtlər daxilində tətbiq olunur.

Belə ki, peşə təhsili müəssisələrinə daxil olmamışdan əvvəl tam orta təhsil almamış çağırışçılara, 20 yaşına qədər müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Sözügedən şəxslər yalnız 20 yaşınadək bu hüquqdan istifadə edə bilirlər. Yaş həddinə çatdıqda, möhlət avtomatik qüvvədən düşür və çağırış qüvvədə qalır.

Qanunvericiliyə görə bu istisna yalnız qeyd olunan təhsil statusuna malik olanlara şamil edilir. Digər şəxslər möhlət hüququndan yararlana bilməz.

//Musavat.com

Seçilən
12
2
editor.az

3Mənbələr