Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” sabah hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirəcək.
Arena.az xəbər verir ki, Tovuz təmsilçisi Türkiyənin Birinci Liqa təmsilçisi “Keçiörengücü” ilə qarşılaşacaq.
Oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Xatırladaq ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv daha öncə yerli “Çorum”la qarşılaşmış və 1:1 hesablı heç-heçəyə razılaşmışdı. İran çempionu “Traktor”la qarşılaşma isə ləğv edilmişdi.