AZ

Sentyabrın 1-dən Tacikistan məktəbləri 10 ballıq qiymətləndirmə sisteminə keçəcək

Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 1-dən Tacikistan məktəblərində qiymətləndirmə sistemi dəyişərək 5 deyil, 10 ballıq olacaq.

Hafta.az-ın yazdığına görə, bu haqda bu gün Tacikistan Təhsil və Elm Nazirliyində keçirilən mətbuat konfransında nazir Rəhim Səidzoda məlumat verib.

"Hazırda sistemin tətbiqi prosesi gedir. 10 ballıq sistem çərçivəsində istifadə olunacaq jurnallar artıq hazırlanıb", - nazir izah edib.

O, respublikada uzun illərdir müzakirə olunan 12 illik təhsilin 2029-2030-cu tədris ilində tətbiqinin nəzərdə tutulduğunu da təsdiqləyib. Səidzoda qeyd edib ki, yeni sistemə keçidlə bağlı işlər hələ də davam edir.

2024-2025-ci tədris ilində Tacikistanda ümumi təhsil müəssisələrinin sayı 4037 olub. Bunlardan 287-si ibtidai, 364-ü ümumtəhsil və 3386-sı orta ümumtəhsil məktəbləridir.

Təhsil və Elm Nazirliyinin məlumatına görə, respublikada 170 yeni tipli müəssisə, o cümlədən 83 gimnaziya və 87 lisey var.

Respublikanın ümumtəhsil müəssisələrində 2,36 milyon məktəbli təhsil alır.

2025-ci ilin 6 ayı ərzində məktəbəqədər təhsil müəssisələrinin sayı 757 olub, onlarda toplam 118392 uşaq təhsil alır. Bildirilib ki, bu, ötən illə müqayisədə 13 müəssisə və 4422 uşaq çoxdur.

Bundan əlavə, uşaqlar üçün məktəbəqədər təhsilin əhatəliliyini və əlçatanlığını artırmaq məqsədilə ümumtəhsil müəssisələrində 2931 erkən uşaqlıq inkişaf mərkəzi yaradılıb. Məlumata əsasən, bu mərkəzlərdə 5569 qrupda 133361 uşaq təhsil alır ki, bu da 2024-cü illə müqayisədə 47 təşkilat və 2044 uşaq çoxdur. Ümumilikdə 251753 uşaq məktəbəqədər təhsillə əhatə olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.

Seçilən
14
hafta.az

1Mənbələr