İdman kanalı ESPN MLS tarixində ən yaxşı”əlavə statuslu futbolçular” (designated players) üzrə öz reytinqini tərtib edib.
Publika.az xəbər verir ki, siyahının ilk pilləsində 2011-ci ildə “Los-Anceles Qalaksi”yə qoşulan irlandiyalı Robbi Kin yer alıb. İkinci yerdə 2015-ci ildə “Toronto”da parlayan italiyalı Sebastyan Covinko qərarlaşıb. “İlk üçlüy”ü 2018-ci ildən “Los-Anceles”də çıxış edən meksikalı Karlos Vela tamamlayır.
ESPN-in siyahısında Lionel Messinin “İnter Mayami”yə keçidi 4-cü, Tyerri Anrinin “Nyu-York Red Bulls” macərası 6-cı, Zlatan İbrahimoviçin “Qalaksi”dəki dönəmi isə 9-cu sırada göstərilib.
Qeyd edək ki, “Bekhem qaydası” kimi tanınan bu sistem 18 il əvvəl MLS-də hər kluba maaş limitindən kənar maksimum 3 futbolçu ilə müqavilə bağlamağa icazə verilməsi üçün tətbiq olunub. Bu qərar “Los-Anceles Qalaksi” klubunun Devid Bekhemi transfer etməsinə şərait yaratmaq məqsədi daşıyırdı.
ESPN-in hazırladığı TOP-10:
Robbi Kin – “Los-Anceles Qalaksi”
Sebastyan Covinko – “Toronto”
Karlos Vela – “Los-Anceles”
Lionel Messi – “İnter Mayami”