AZ

“Əgər ABŞ şirkətləri ilə işləyirlərsə..." - Hikmət Hacıyevin Zəngəzur dəhlizi ilə bağlı mesajının görünməyən tərəfləri... (TƏHLİL)

Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində roluna dair yayılan xəbərlərə münasibət bildirib. Hacıyev qeyd edib ki, bu məsələ Ermənistanın qərarına bağlıdır.

Hacıyev açıqlamasında İran və Gürcüstanı xüsusi olaraq qeyd edir ki, bu da təsadüfi deyil. Azərbaycan Zəngəzur dəhlizinin alternativ marşrutlarını məhz bu iki ölkə istiqamətində inkişaf etdirir. İran vasitəsilə Naxçıvanla quru bağlantının gücləndirilməsi, eləcə də Gürcüstan üzərindən Avropa bazarlarına çıxış imkanı ölkəmizin manevr sahəsini genişləndirir. Prezidentin köməkçisi hələ 2023-cü ildə “Politico” nəşrinə müsahibəsində demişdi: “Tərəflər Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gələ bilmədikdən sonra, layihə bizim üçün cəlbediciliyini itirib. Biz bunu İranla yerinə yetirə bilərik Məsələ hələ də masanın üstündədir, lakin Ermənistan tərəfi bununla həqiqətən maraqlandıqlarını göstərmək üçün tələb edəcək.”

Nəticə etibarilə, Hikmət Hacıyevin açıqlaması göstərir ki, Bakı üçün əsas məsələ suverenliyə hörmət, regional əməkdaşlıq və uzunmüddətli sabitliyin təmin olunmasıdır. ABŞ-Ermənistan memorandumu olsun, ya da olmasın, Azərbaycan öz yolunu seçir. Zəngəzur dəhlizinin hansısa xarici ölkə və ya beynəlxalq şirkətin nəzarətinə verilməsinə isə isti yanaşmır. Hətta belə şərtlərlə dəhlizin açılması məsələsi gündəmdən çıxarıla və prosesdə arxa plana keçə bilər.

Turan Rzayev

MİA.AZ

Seçilən
19
mia.az

1Mənbələr