Şəki şəhərinin Şəki kəndində sakinlər susuzluqdan əziyyət çəkir.
Bununla bağlı kənd sakinlərindən biri Bakues.az-a şikayət ünvanlayıb.
Onun sözlərinə görə, kənd sakinləri artıq 20 gündür içməli suya həsrət qalıblar. İnsanlardan əlavə, heyvanlar da susuz qalıb:
“Kəndə verilən içməli su tütün bağlarına verilib. Nəticədə həm insanlar susuz qalıb, həm də mal-qaranı suyla təmin etmək mümkünsüz olub. Aidiyyatı qurumlardan xahiş edirik ki, bu problemə diqqət ayırsınlar. İsti yay günlərində suya həsrət qalmaq çox çətindir”.
Mövzuya aid videogörüntünü təqdim edirik:
https://bakues.az/public/uploads/2025/07/bakues_1a3618ddde802300c649f8f81b86e3df_pas3945orn6qc2blzxyj.mp4