Tailand və Kamboca atəşkəs barədə razılığa gəliblər.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Malayziyanın Baş naziri Ənvər İbrahim bildirib.
Onun sözlərinə görə, saziş iyulun 29-u yerli vaxtla saat 00:00-da qüvvəyə minəcək:
"Bu, gərginliyin azaldılması, sülh və təhlükəsizliyin bərpası istiqamətində mühüm ilk addımdır", - Baş nazir deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Tailandla Kamboca qoşunları arasında sərhədin mübahisəli hissəsində toqquşma baş vermiş, onlarla insan həlak olmuşdu.
Nurlana ƏhmədovaMissiya.Az