AZ

“Qərb Ukraynadan Rusiyaya qarşı “taran” kimi istifadə etmək qərarına gələrək səhv etdi” - Fitso

Qərb ölkələri Ukraynadan “Rusiyanı zəiflədən qoç” kimi istifadə etmək qərarına gələrək səhvə yol verdilər, lakin bu, baş vermədi və olmayacaq.

Herbiand.az bildirir ki, bunu Slovakiyanın baş naziri Robert Fitso deyib.

O qeyd edib ki, Qərbin 2022-ci ildə Ukrayna münaqişəsini həll etmək planı yox idi, halbuki bunun üçün real imkan var idi: “Qərb üçün siyasi və iqtisadi cəhətdən zəifləmiş, asanlıqla özəlləşdirilə və parçalana bilən Rusiya əlverişli idi. Lakin bu strategiya işləmir və bu gün Rusiya iqtisadiyyatı Almaniya iqtisadiyyatından güclü hesab olunur, baxmayaraq ki, bir neçə il əvvəl bu, əksinə idi”.

Slovakiyanın baş naziri bildirib ki, Qəzzadakı münaqişənin ağır nəticələrinə baxmayaraq, qlobal sabitliyə ən böyük təhlükə məhz Ukrayna böhranıdır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
14
herbiand.az

1Mənbələr