AZ

Lavrovdan şok etiraf: “Rusiya tarixdə ilk dəfə bütün Qərbə qarşı tək müharibə aparır”

Rusiya xarici işlər naziri Sergey Lavrov Qərblə münasibətlərin kəskinləşməsi fonunda sensasion bəyanatla çıxış edib.

Olaylar.az xəbər verir ki, o bildirib ki, Rusiya hazırda tarixində ilk dəfə bütün Qərb dünyasına qarşı təkbaşına müharibə aparır.

"Görəcəyimiz işlər çoxdur. Bu işlərin ən vacibi, təbii ki, düşmənə qalib gəlməkdir. Tarixdə ilk dəfədir ki, Rusiya bütün Qərbə qarşı tək müharibə aparır. Birinci və İkinci Dünya müharibələrində bizim müttəfiqlərimiz var idi. İndi isə döyüş meydanında bizim heç bir müttəfiqimiz yoxdur. Buna görə də yalnız özümüzə güvənməliyik. Heç bir zəifliyə yol vermək olmaz," - deyə Lavrov vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr