AZ

Azərbaycanla Gürcüstan arasında dostluq və müttəfiqlik münasibətləri müzakirə edilib (FOTO)

Bakı. Trend:

İyulun 28-də Milli Məclisin Gənclər və idman komitəsinin üzvləriGürcüstan Parlamentinin nümayəndə heyəti ilə görüşüblər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Komitənin sədri Şahin İsmayılov qonaqları salamlayaraq bildiribki, Azərbaycan və Gürcüstan arasında, xüsusilə də hər iki ölkənindövlət və parlament rəhbərləri səviyyəsində mövcud olan dostluq vəmüttəfiqlik münasibətləri ikitərəfli əlaqələrin inkişafına müsbəttəsir göstərir.

O, milli-mənəvi dəyərlər əsasında formalaşan gəncliyin ölkəninsabit və davamlı inkişafının əsas təminatçısı olduğunu vurğulayaraqbu baxımdan hər iki ölkənin müvafiq komitələri arasındaəməkdaşlığın Azərbaycan və Gürcüstan gənclərinin inkişafına mühümtöhfə verəcəyini bildirib.

Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər komitəsi sədrininbirinci müavini Giorgi Çakvetadze göstərilən qonaqpərvərliyə görətəşəkkürünü bildirib.

O, dövlət başçılarının təşəbbüsü ilə həyata keçirilən GənclərForumunun Azərbaycanda artıq böyük uğurla təşkil olunduğunuvurğulayıb. Forum iştirakçılarının tədbirdən yüksək məmnuniyyətduyduğunu qeyd edən G.Çakvetadze analoji forumun gələn ayGürcüstanda da keçiriləcəyini söyləyib.

Görüşdə Gənclər və idman komitəsinin üzvləri GöydənizQəhrəmanov, Mircəlil Qasımlı və Mahir Süleymanlı çıxış edərəkbildiriblər ki, Azərbaycan və Gürcüstan arasında uzun tarixikeçmişə əsaslanan münasibətlər bu gün həm iqtisadi, həm də siyasisahələrdə uğurla inkişaf edir.

Deputatlar gələcəkdə parlamentlərarası əməkdaşlığın birgəlayihələr çərçivəsində daha da dərinləşəcəyinə əmin olduqlarınıqeyd ediblər.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirəedilib.

Azərbaycanla
Azərbaycanla
Azərbaycanla
Seçilən
33
7
az.trend.az

10Mənbələr