AZ

İxtisas seçimi bu il gec başlayacaq? - RƏSMİ

Bu il ali təhsil müəssisələrinə ixtisas seçiminin əvvəlki illərdən fərqli olaraq bir qədər gec başlayacağı ehtimal edilir. 

Səbəb isə bəzi ixtisaslar üzrə qabiliyyət imtahanlarının hələ də davam etməsidir. Buna görə də seçim mərhələsinin avqustun əvvəlində deyil, ayın ortalarında başlaması gözlənilir. Bu isə abituriyentlər üçün qərar verməkdə əlavə vaxt deməkdir. 

Qeyd edək ki, ali təhsil və orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üçün 36778 abituriyent qeydiyyatdan keçib. 

Bəs ixtisas seçiminin nə zaman başlaması nəzərdə tutulur?

"Cebheinfo.az" məsələ ilə bağlı DİM-ə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, dəqiq tarix hələ məlum deyil:

“Hələ qabiliyyət imtahanları davam edir. İxtisas seçimi günləri bəlli olduqdan sonra tarixlər elan ediləcək”. 

Seçilən
37
cebheinfo.az

1Mənbələr