AZ

Tailand və Kamboca atəşkəsə razılaşıb

Bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim bəyanat yayıb. O, sözügedən ölkələr üzrə həmkarları ilə birlikdə keçirdiyi mətbuat konfransında diqqətə çatdırıb ki, atəşkəs qərarı gecəyarıdan etibarən qüvvəyə minib.

"Hər iki tərəf normal vəziyyətə qayıtmaqdan ötrü birgə addımlar atmaqda ortaq məxrəcə gəlib. Atəşkəs müddətində ölümcül sərhəd toqquşmalarının həlli üzrə yekun qərara gəlmək məqsədilə müzakirələr aparılacaq.

Xatırladaq ki, keçən cümə axşamı Kamboca ilə sərhəddə minanın partlaması nəticəsində 5 Tailand əsgəri yaralanıb. Bu, ölkələr arasında sərhədboyu toqquşmalara təkan verib. Hər iki tərəfdən ümumilikdə azı 35 nəfər həyatını itirib, 260 mindən çox insan öz yurd-yuvasından didərgin düşüb.

Firudin Həmidli
AzVision.az
Seçilən
14
1
azvision.az

2Mənbələr