AZ

Ukraynalı hakerlərin bir il hazırlaşdıqları inanılmaz hücum: “Aeroflot”u belə çökdürüblər

“Aeroflot” iyulun 28-də səhər saatlarında həm daxili, həm də Rusiya xaricində onlarla uçuşu ləğv edib.

Publika.az xəbər verir ki, buna səbəb informasiya sistemlərinin işində nasazlıq olub. İlkin məlumatlara görə, buna haker hücumu səbəb olub.

“Aeroflot” bu gün səhər aviaşirkətin informasiya sistemlərində nasazlıq olduğunu və sərnişinlərə xidmətdə fasilələrin ola biləcəyini təsdiqləyib. Onlar sərnişinləri hava limanının internet saytlarının onlayn lövhələrindəki məlumatlara və limanlardakı səsgücləndirici vasitəsilə edilən elanlara nəzarət etməyə çağırıblar.

"Mütəxəssislər qrupu uçuş planının yerinə yetirilməsi risklərini minimuma endirmək və xidmətlərin normal fəaliyyətini tez bir zamanda bərpa etmək üçün çalışır", - aviaşirkət əlavə edib.

Moskvadan qalxan və əks istiqamətdə bir çox uçuşlar ləğv edilib. Onların arasında Həştərxan, Qroznı, Yekaterinburq, İrəvan, Kalininqrad, Kazan, Mineralnıye Vodı, Sankt-Peterburq , Stavropol, Soçi və digər şəhərlərə uçuşlar var.

Ləğv edilmiş reyslərdə olan sərnişinlərdən “sıxlığın qarşısını almaq üçün” baqajlarını toplamaq və Şeremetyevo hava limanını tərk etmək istənilib. Onlar həmçinin növbəti 10 gün ərzində pulu geri ala və ya uçuşlar üçün yenidən bron edə bilərlər, baxmayaraq ki, bu, müvəqqəti olaraq hava limanının bilet kassalarında mümkün deyil - görünür, həm də nasazlıq səbəbindən.

Səhər saatlarında “Silent Crow” və “Cyberpartisans BY” qruplarının hakerləri “Aeroflot” sistemlərinin işindəki uğursuzluqlarda iştirak etdiklərini təsdiqləyiblər.

Seçilən
5
publika.az

1Mənbələr