ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Milli Qəhrəman Natiq Qasımovun qardaşı bu gün dəfn olunan anasının son nəfəsində dediyi sözlərdən bəhs edib.
AZXEBER.COM xəbər verir ki, "Report"a açıqlama verən Nofəl Qasımov anasının son ana qədər Natiqin yolunu gözlədiyini deyib.
O, qardaşının amansızlıqla qətlə yetirilməsində iştirak edənlərin ədalət mühakiməsinə cəlb olunacaqlarına inandığını vurğulayıb:
"Anam son nəfəsində dedi ki, Natiqin yanına gedirəm. O, şəhid olmuş övladının yolunu həmişə gözləyib, onun taleyini düşünüb”.
Qeyd edək ki, Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımova dünən Gəncə şəhərində vəfat edib. O, bu gün dəfn olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.