AZ

İmtahan fırıldağı: texnologiyanın köməyi ilə qurulan yeni “biznes model”i ifşa olundu

Son illər imtahanlarda texniki vasitələrdən istifadə hallarının artması narahatlıq doğurur. Əvvəllər bu kimi hallara nadir hallarda rast gəlinirdisə, hazırda texnoloji fırıldaqçılıq artıq sistemli və təşkilatlanmış şəkildə həyata keçirilir.

Publika.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bu barədə məlumat verib. O bildirib ki, bu sahədə tələb artdıqca, təklif də təşkilatlanır.

“İmtahanlarda uğur qazanmaq istəyənlərə artıq “gizli texnologiya paketi” təklif olunur. Bu paketə mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və digər texniki vasitələr daxildir.

Əldə olunan məlumata əsasən, bu cür texnoloji fırıldaqçılıq xidməti göstərən bir şəbəkə ifşa olunub. Artıq həmin şəbəkənin üzvləri barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib, cinayət işi açılıb və istintaq davam etdirilir. Həmçinin, bu yolla imtahan verən bəzi abituriyentlərin nəticələri ləğv edilib.

Əməliyyat Dövlət İmtahan Mərkəzinin (DİM) müşahidələri və rəsmi müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib. Müşahidələr göstərir ki, imtahanlara texniki avadanlıqla gələn şəxslərin müəyyən təbəqəyə və ya qrupa bağlı olması ehtimalı bu istiqamətdə araşdırmalara səbəb olub.

Mütəxəssislər bildirirlər ki, gizli texniki vasitələrdən istifadə edənlər adətən şübhəli davranışlarla – qulağa tez-tez toxunmaq, paltarda nəsə axtarmaq, qeyri-təbii hərəkətlər etmək və s. – diqqət çəkirlər. Süni intellekt və müşahidə kameraları vasitəsilə bu davranışların müəyyən edilməsi prosesi də təkmilləşdirilib.

Seçilən
32
2
publika.az

3Mənbələr