ABŞ-nin Kaliforniya ştatında kiçik ölçülü özəl təyyarənin Sakit okeana düşməsi nəticəsində 3 nəfərin həyatını itirdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Sahil Mühafizəsi tərəfindən verilən açıqlamaya görə, San Karlos hava limanından qalxan iki mühərrikli "Beechcraft" tipli təyyarə Monterey sahillərində okeana çırpılıb.
Açıqlamada qəzanın ardından başladılan axtarış-xilasetmə əməliyyatı zamanı dalğıc qrupu tərəfindən 3 nəfərin cəsədi tapıldığı bildirilib.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Komissiyası (NTSB) hadisə ilə bağlı araşdırmaya başladığını açıqlayıb.