BAKI, 28 iyul. TELEQRAF
"Boka Xuniors" klubu Argentina çempionatının III turunda səfərdə "Atletiko Xurakan"a 0:1 hesabı ilə uduzub.
Teleqraf xəbər verir ki, Buenos-Ayres təmsilçisi ardıcıl 11-ci oyununda qələbə qazana bilməyib.
Bu, klubun 120 illik tarixinin ən pis göstəricisidir.
"Boka Xuniors"un 1957 və 2021-ci illərdə 10 oyunluq qələbəsizlik seriyası olub.
Qeyd edək ki, "Boka Xuniors" 29 qat Argentina çempionudur.